EN

Rusiya Odessa limanında Panama gəmisini vurub, ölən və yaralananlar var - Nazir dünyaya səslənib

Rusiya ordusu Ukraynanın Odessa limanına gecə saatlarında raket zərbələri endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə 5 nəfər ölüb, 9 nəfər isə yaralanıb.

Ukraynanın xarici işlər naziri Andriy Sibiqa faktla bağlı dünya dövlətlərinə səslənib. O, ​bütün dövlətlərdən Rusiyanın hücumlarını pisləməyi tələb edib: "Rusiya Odessa limanını vurmaqla, qlobal ərzaq təhlükəsizliyini təhdid edir"

Ukrayna baş nazirinin yenidənqurma üzrə müavini Oleksiy Kuleba zərdələnən gəminin Panama bayrağı altında üzən “Şui Spirit” konteyneri olduğunu açıqlayıb: "Bu, son dörd gündə Rusiyanın hücumuna məruz qalan üçüncü xarici gəmidir".

Lamiyyə Əhmədli

MİA.AZ

Chosen
1
2
mia.az

3Sources