EN

"Medera Hospital"a daha bir ittiham

Medera Hospital növbəti dəfə inzibati məsuliyyətə cəlb edilib. 

Valyuta.az xəbər verir ki, xəstəxana bu dəfə İnzibati Xətalar Məcəlləsinin 491.1-ci (Gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsi) maddəsi ilə ittiham edilir. 

İşə Binəqədi Rayon Məhkəməsində baxılacaq. 

491.1-ci maddəyə görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir.

Bundan əvvəl Medera Hospital barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci ( Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə protokol tərtib edilmişdi. 

Hüseyn

Chosen
35
valyuta.az

1Sources