EN

"INMerge" sammiti zamanı regionda yeni vençur kapital fondu təsis edildi

Bakı. Trend:

Bu gün "PAŞA Holding"in təşkilatçılığı ilə "INMerge" innovasiyasammitin ilk günü baş tutub.

Trend xəbər verir ki, sammitzamanı yeni "INMerge" vençur kapital fondu təsis edilib.

Fondun təsisçi tərəfləri kimi "PASHA Innovations" şirkəti,İnnovasiya və Rəqəmal İnkişaf agentliyi, Azərbaycan İnvestisiyaŞirkəti, eləcə də, "Trendyol" şirkətlər qrupu çıxış ediblər.

“PASHA Innovation" olaraq bizim üçün çox qürurverci bir haldırki, sözügedən fondun əsası məhz "INmerge" sammiti zamanı qoyulub.İnanıram ki, fondumuz parlaq ideyaları dəstəkləyən əsas alətlərdənbirinə çevriləcək”, – "PAŞA Innovation" şirkətinin baş icraçıdirektoru Fərrux Əliyev bildirib.

"INMerge" VK fondu çərçivəsində Qafqaz və Mərkəzi Asiya, Mərkəzivə Şərqi Asiya, eləcə də, Yaxın Şərq və Şimali Afrikaregionlarından olan startaplara yatırımların edilməsi nəzərdətutulur.

Chosen
10
2
az.trend.az

3Sources