EN

Rəcəb Tayyib Ərdoğan Edi Rama ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniyada rəsmi səfərdədir.

Rəcəb Tayyib Ərdoğan səfər çərçivəsində Albaniya prezidenti Bayram Beqay tərəfindən rəsmi mərasimlə qarşılanıb. İki lider daha sonra təkbətək görüş keçiriblər.

Görüşdən sonra Türkiyə Prezidenti, Albaniya Nazirlər Kabinetinin başçısı Edi Rama ilə bir araya gəlib.

Rəcəb Tayyib Ərdoğan və Edi Rama mətbuata qapalı keçirilən görüşdən sonra Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının İkinci Toplantısına sədrlik edəcəklər, həmçinin iki ölkə arasında əməkdaşlığa dair müqavilələrin imzalanma mərasimində iştirak edəcəklər. Tərəflər daha sonra birgə mətbuat konfransında çıxış edəcəklər.

R.T.Ərdoğan və Edi Rama Türkiyə tərəfindən maliyyələşdirilən Balkanların ən böyük məscidi olan Tiran Namazgah məscidinin açılışında iştirak edəcəklər.

R.T.Ərdoğan daha sonra Belqrada səfər edəcək və  Serbiya prezidenti Aleksandr Vuçiçlə keçiriləcək biznes forumuna qatılacaq.

Səfərlər zamanı ikitərəfli münasibətlərin müqavilə əsaslarının inkişaf etdirilməsi məqsədilə bir sıra sazişlərin imzalanması planlaşdırılır.

Görüşlərdə həmçinin aktual qlobal və regional məsələlər, xüsusilə Balkanlar, Qəzza, işğal olunmuş Fələstin torpaqları və İsrailin Livana hücumları ətrafında müzakirələr aparılacaq.



Chosen
11
3
trt.net.tr

10Sources