EN

Macarıstan “Türk axını” ilə 5,7 milyard kubmetr qaz alıb

Macarıstan

Bakı, 10 oktyabr, AZƏRTAC

Macarıstan 2024-cü ilin doqquz ayı ərzində “Türk axını” vasitəsilə Rusiyadan 5,7 milyard kubmetrdən çox qaz tədarük edib ki, bu da ötən ilin göstəricisindən çoxdur.

AZƏRTAC xəbər verir ki, Macarıstanın xarici işlər naziri Peter Siyyarto bu barədə Sankt-Peterburq Beynəlxalq Qaz Forumunda deyib.

“Bu il “Türk axını” vasitəsilə təxminən 5,7 milyard kubmetr qaz almışıq. Biz qaz tədarükü baxımından təhlükəsizliyimizi təmin etmişik”, - deyə Peter Siyyarto bildirib. Onun sözlərinə görə, artıq Rusiya qazının Ukrayna ərazisindən tranziti məsələsinin Macarıstan üçün heç bir əhəmiyyəti qalmayıb.

Qeyd edək ki, Macarıstan qaz ehtiyacının yarıdan çoxunu hələ də Rusiya qazı hesabına ödəyir. 2022-ci ilin oktyabrında Macarıstanın MVM şirkəti ilə “Qazprom” arasında Türkiyə ərazisindən keçən cənub marşrutu üzrə tədarükün artırılmasına dair razılıq əldə olunub. Həmin il “Türk axını” vasitəsilə Macarıstana 4,8 milyard kubmetr qaz tədarük edilib.

 

Chosen
103
3
azertag.az

3Sources