EN

Vuçiç Rusiyaya xəyanət etdi - Moskvanı pisləyən bəyannaməni imzaladı

Serbiya prezidenti Aleksandr Vuçiç Rusiyanın Ukraynadakı hərəkətlərini pisləyən bəyannamə imzalayıb.

Musavat.com xəbər verir ki, bu barədə N1 nəşri yazır.

Nəşrin məlumatına görə, Serbiya lideri Xorvatiyanın Dubrovnik şəhərində keçirilən Ukrayna-Cənub-Şərqi Avropa sammitində iştirak edib. Sammitdə Serbiya ilə yanaşı, Ukrayna prezidenti Vladimir Zelenski və Balkan regionunun bir sıra dövlətlərinin başçıları da iştirak ediblər.

Sammitin sonunda bəyannamə imzalanıb. Nəşr yazır ki, sənəddə Rusiyanın Ukraynadakı hərəkətləri pislənir və sonuncuya dəstək ifadə edilir. Bundan əlavə, sənəd Kiyevin Avropa İttifaqına (Aİ) inteqrasiya və NATO-ya üzvlük kursunu dəstəkləyir.

Bundan əvvəl Aleksandr Vuçiç Rusiya prezidenti Vladimir Putini ad günü münasibətilə təbrik etməyib. Serbiya rəhbərinin Belqrad hakimiyyətindən təbrikinin olmamasının konkret səbəbləri göstərilməyib.

Ancaq son aylara qədər o, Rusiyanın yanında olduğunu bildirir, Qərbin Rusiyaya qarşı düzgün mövqe tutmadığını bəyan edir, Krenli müdafiə etdiyinə görə sui-qəsdə məruz qalacağından ehtiyat etdiyini vurğulayırdı. Görünür, aradan keçən aylarda Vuçiçə dünyanın neçə cəhətdən ibarət olduğunu başa salanlar olub.

Musavat.com

Chosen
121
50
musavat.com

10Sources