EN

Dominik Solanke: “Harri Keyn dahi oyunçudur”

“Tottenhem”in hücumçusu Dominik Solanke bu klubun sabiq üzvü olan İngiltərə yığmasının hücumçusu Harri Keyn haqda danışıb.

Arena.az ingilis futbolçunun bu barədə fikrini təqdim edir:

“Harri həyatda bir dəfə rast gəlinən hücumçudur. O, uzun illər “Tottenhem” və ölkə üçün uğurlu çıxış edib.

Mən oyunumda heç kimə baxdığımı söyləməzdim, amma açıq-aydın bu vəziyyətdə nümunə olması gərək olan bir xüsus var. Uzun illər ölkəsi üçün çıxış edən dünya səviyyəli oyunçu. Onun milli komandanın hücumçusu olmaq məsuliyyətini üzərinə götürməsini izləyirəm. O, nümunə olacaq əla oyunçudur”, deyə Dominik Solanke vurğulayıb.

Qeyd edək ki, Solanke uzun fasilədən sonra İngiltərə yığmasına dəvət alıb.

Harri Keyn isə “Tottenhem”in yetirməsidir. İngilis hücumçu 2023-cü ilin avqustunda 100 milyon avro məbləğ müqabilində “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 9 oyuna çıxıb, 10 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib. Onun Almaniya nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 54 oyun, 54 qol və 18 məhsuldar ötürmədən ibarətdir.

Harri Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 100 oyuna 68 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis hücumçunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.

Əlavə edək ki, Keyn böyük futboldakı karyerası ərzində hələ, bir qənimət belə, qazana bilməyib.

Chosen
39
arena.az

1Sources