EN

Türkiyədə tarixi kitabxana yanıb

Bakı. Trend:

Türkiyənin Mersin şəhərindəki tarixi xalq kitabxanası yanıb.

Trend bubarədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Məlumatda qeyd olunub ki, axşam saatlarında Mersin şəhərininAkdeniz rayonunda yerləşən tarixi xalq kitabxanasında yanğın başverib. Yanğının səbəbi hələ ki, məlum deyil.

Bildirilib ki, yanğın yanğınsöndürənlərin səyi nəticəsindəsöndürülüb. Bina isə demək olar, yararsız hala gəlib.

Məqalədə:
Chosen
33
az.trend.az

1Sources