EN

Rəcəb Tayyib Ərdoğan Serbiyaya səfər edib

Bakı,TurkicWorld

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniyadakı təmaslarından sonra Serbiyaya rəsmi səfər edib.

TurkicWorld xəbər verir ki, Ərdoğan Serbiya Prezidenti Aleksandır Vuçiç tərəfindən rəsmi mərasimlə qarşılanıb.

Ərdoğanın Serbiya səfərinin gündəmində Türkiyə-Serbiya münasibətləri, Balkanlardakı hadisələr, Qəzzada baş verən soyqırım, İsrailin işğal etdiyi Fələstin torpaqları və Livana hücumları var.

Ərdoğan və Vuçiç yüksək səviyyəli əməkdaşlıq şurasının iclasına sədrlik edəcək.

Həmçinin, Türkiyə ilə Serbiya arasında ikitərəfli ticarət həcminin beş milyard dollara çatdırılması hədəflənir.

Səfər çərçivəsində iki ölkə arasında müxtəlif sazişlərin imzalanması planlaşdırılır.

Chosen
14
3
turkic.world

10Sources