EN

"Hələlik nəticədən razı qala bilərik" - van Deyk

"Liverpul"un müdafiəçisi Vircil van Deyk komandasının 2024/2025 mövsümünün əvvəlindəki çıxışı ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, niderlandlı futbolçu komandanın yeni baş məşqçinin üslubuna alışdığını bildirib.

“Başlanğıc olduqca yaxşı idi, lakin hələ də görüləsi işlərimiz var. Hələlik nəticədən razı qala bilərik. Qarşıda uzun mövsüm var, qarşıda hələ çox matçlar var. Komanda yeni baş məşqçinin üslubuna alışır. Biz çox çalışmaqda davam edəcəyik və cəmləşəcəyik”

Yeddi turdan sonra mersisaydlılar 18 xal toplayıb və turnir cədvəlinə başçılıq edir. “Qırmızılar” növbəti matçını “Çelsi” komandası ilə keçirəcək.

Chosen
28
90deqiqe.az

1Sources