EN

Hər il ən azı 6 milyard avro iqlim maliyyəsi təqdim edirik - Fransalı nazir

Bakı. Trend:

Biz hər il ən azı 6 milyard avro iqlim maliyyəsi təqdim edirikvə onların üçdə biri uyğunlaşma üçün ayrılır.

Trend xəbər verir ki, bubarədə Fransanın energetika naziri Olqa Jiverne Bakıda BMT-ninİqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29)çərçivəsində keçirilən panel iclası zamanı deyib.

O qeyd edib ki, 2022-ci ildə Yaşıl İqlim Fondu, Adaptasiya Fonduvə Ən Az İnkişaf etmiş Ölkələr Fondu vasitəsilə adaptasiya üçün 2,5milyard avro ayırdıq.

“İnkişaf Agentliyimiz bir çox həssas ölkələrə texniki yardım vəpotensialın artırılması üçün qrantlar təqdim edən “AdaptAction”adlı xüsusi mexanizm hazırlayıb. Bu, onlara uyğunlaşma maliyyəsinicəlb etmək üçün öz milli uyğunlaşma planlarını hazırlamağa köməkedir. 2017-ci ildə fəaliyyətə başladığı gündən bu mexanizm deməkolar ki, 700 milyon avro davamlı investisiyalardan istifadə edib.Məsələn, biz Banqladeşlə Banqladeşin Milli Uyğunlaşma Planınaəsaslanan və uyğunlaşmanın planlaşdırılması və investisiyanınbirlikdə faydalarını nümayiş etdirən 1 milyard avro dəyərindəuyğunlaşma paktını razılaşdırdıq. Biz həmçinin öyrəndik ki,uyğunlaşma üçün lazım olan investisiyaların miqyası bütünresursların səfərbər edilməsini tələb edir.

Buna görə də biz çoxtərəfli inkişaf banklarına, həm də özəl,institusional investorlara, innovativ maliyyə alətləri vəmexanizmlərinə müraciət etməliyik", - fransalı nazir əlavəedib.

Qeyd edək ki, Bakıda Pre-COP29 tədbirinin ikinci günükeçirilir.

Tədbirin ikinci günü çərçivəsində plenar sessiyalar və paraleltədbirlər keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası builin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötənil dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbuledilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80minə yaxın xarici qonaq qəbul edəcək.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir. Konvensiyada 198 ölkəiştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər ilkeçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutduvə onun katibliyi Bonnda yerləşir.

Məqalədə:
Chosen
25
3
az.trend.az

4Sources