EN

İsmayıllının 4 kəndinin şagirdləri təhsilsiz qalıb – VİDEO

İsmayıllının 4 kəndinin şagirdləri təhsilsiz qalıb. Şagirdlər keçən il qonşu kəndə nəqliyyat vasitələri ilə aparılsa da, bu il daşınma dayandırılıb. Bu şagirdlərin taleyi necə olacaq?

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, İsmayıllı rayonunun 4 kəndindən 52 şagird 10 gündür ki, dərsə getmir.

Yeniyol, Tircan-Ferma, Zərgəran, Pirəbilqasım kəndlərində yaranan bu problemlə bağlı valideynlər “Xəzər Xəbər”ə müraciət edib. Onlar deyir ki, oktyabr ayının 1- dən şagirdlərin daşınması üçün ayrılan nəqliyyat vasitələrinin səbəb göstərilmədən fəaliyyəti dayandırılıb.

Dağlıq Şirvan Regional Təhsil İdarəsindən “Xəzər Xəbər”ə bildirildi ki, qurumun tabeliyində fəaliyyət göstərən bir sıra ümumi təhsil müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsi və şagirdlər üçün daha geniş imkanların təmin edilməsi məqsədilə optimallaşdırma, yəni məktəblərin birləşdirilməsi tədbirləri həyata keçirilir. İsmayıllı rayonunun 4 kəndində say azlığı səbəbindən şagirdlər rayonun Təzəkənd kənd tam orta məktəbinə köçürülüblər. 52 məktəblinin ötən tədris ilində ayrılmış nəqliyyat vasitəsi ilə daşınması təmin edilib. Bu proses yeni tədris ilində oktyabrın 1-dək davam edib və daşıyıcı şirkətlə müqaviləyə xitam verilib. Hazırda şagirdlərin daşınmasını həyata keçirmək üçün başqa şirkətlərlə aparılan danışıqlar davam etdirilir. Proses yaxın günlərdə bərpa ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
122
3
nocomment.az

10Sources