EN

Andre Korrea: Braziliya bərpa olunan enerji mənbələri sahəsində yeni sənayeləşməyə çatmağı planlaşdırır

Braziliyada istehlak edilən enerjinin 90 %-i bərpa olunan enerji mənbələrindən əldə olunur.

“İki sahil” xəbər verir ki, bunu Braziliya Xarici İşlər Nazirliyinin iqlim, enerji, ətraf mühit üzrə müavini Andre Korrea do Laqo Bakıda Pre-COP29-un ikinci günü çərçivəsində keçirilən paneldə deyib.

A.Korrea Braziliyanın təkcə daxili istehlak üçün deyil, həm də ixrac üçün bərpa olunan enerji mənbələrinə ehtiyacı olduğunu qeyd edib: “Braziliya və digər inkişaf etməkdə olan ölkələrin timsalında, bərpa olunan enerji mənbələrinə əsaslanan yeni sənayeləşməyə çatmaq imkanı var. Bu, əsasən inkişaf etməkdə olan ölkələrin irəli sürə biləcəyi bir şeydir”.

Chosen
253
ikisahil.az

1Sources