Argentina millisinin futbolçusu Lionel Messi DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsində Venesuelaya qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Apasport.az xəbər verir ki, kapitan meydançanın durumundan narazı olduğunu dilə gətirib:
“İyrənc oyun idi. Meydanda su yığılırdı və ardıcıl ötürmə etmək olmurdu. Belə şəraitdə oynamaq çətindir”.
Qeyd edək ki, güclü yağış səbəbindən oyun 15 dəqiqə gec başlayıb. Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.
İkardi qışda "Qalataray"dan ayrıla bilər
Murad Musayev ayın ən yaxşısı seçilib
Silahlı hücumdan sonra Serhat Akından radikal qərar
Dibala "Qalatasaray"ın maraq dairəsində
"Atletiko"da yeni müqavilə