Bu gün Milli Məclisin deputatı Məşhur Məmmədovun tapşırığına əsasən köməkçiləri tərəfindən şəhid Lələyev İbrahim Həzrətqulu oğlunun şəhidlik zirvəsinə yüksəlməsinin 4-cü il dönümü münasibəti ilə məzarı və ailəsi ziyarət edilib.
Deputatın nümayəndələri şəhidin atası Həzrətqulu kişiyə və doğmalarına başsağlığı verərək şəhidin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Allah bütün şəhidlərə rəhmət eləsin,qazilərə şəfa versin.