Bakı. Trend:
Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərindəsəs vermək üçün xaricdə 7 əlavə seçki məntəqəsi açır.
Trend bu barədə GürcüstanKİV-ə istinadən xəbər verir.
Beləliklə, Afinada və Nyu-Yorkda müvafiq olaraq 4, Salonikidəisə 3 seçki məntəqəsi açılacaq, Berlin, Barselona, Roma və Parisdəisə hər birində 2 seçki məntəqəsi olacaq.
Beləliklə, xaricdə ümumilikdə 67 seçki məntəqəsi təşkilediləcək.
Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri 26 oktyabrtarixində keçiriləcək.