EN

Əri ilə dalaşıb uşaqları 23-cü mərtəbədəki kondisionerə qoydu

Çində 23-cü mərtəbədə yaşayan qadın əri ilə mübahisə edərək uşaqlarını kondisionerin üstünə qoyub. Bu barədə Asia One yazıb.

"Henan əyalətində iki uşağın ailə münaqişəsindən sonra təhlükəli vəziyyətə düşməsini əks etdirən insident baş verib. Yerli KİV-in yaydığı məlumata görə, yaşayış kompleksinin 23-cü mərtəbəsində ana övladlarını - oğlan və qızı pəncərədən çıxaraq kondisionerin üstünə oturmağa məcbur edib. Hadisə şahidlərinin dediyinə görə, ər-arvad arasında münaqişə o həddə çatıb ki, pəncərədə oturan qadın oğlu və qızını yenidən mənzilə qaytarmağa imkan verməyib. Uşaqlar xeyli qorxublar, xüsusən də qız ağlayaraq anasına yalvararaq onu içəri buraxmasını istəyib",- nəşr yazıb.

Lakin tezliklə qonşular polis çağırıblar və hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları qardaş-bacını təhlükəsiz yerə aparıblar. Sosial şəbəkə istifadəçiləri övladlarının təhlükəsizliyinə kobud şəkildə etinasızlıq göstərən ananın hərəkətini şiddətlə qınayıblar.

Tural

Chosen
43
news365.az

1Sources