EN

“Çin bütünləşmək üçün Tayvanı işğal edəcək, daha sonra isə…” – Üçüncü Dünya Müharibəsi ilə bağlı ŞOK PROQNOZ

Bu gün bir çox beynəlxalq ekspertlər və analitiklər Üçüncü Dünya Müharibəsinin 2025-ci ildə başlayacağı və 2027-ci ilə qədər davam edəcəyi haqda fikirlər səsləndirirlər. Hətta iddialar arasında Çinin Yaponiya və Tayvana hücum edəcəyi haqda fikirlər də yer alır. Təbii ki, Yaxın Şərq və Ukraynada baş verən hadisələr dünya müharibəsinin astanasında olduğumuzu deməyə əsas verir. Lakin bu cür konkret proqnozların verilməsi olduqca böyük maraqla qarşılanır. Görəsən, həm Üçüncü Dünya Müharibəsinin başlanacağı, həm də Çinin Yaponiya və Tayvana hücum edəcəyi ilə bağlı səslənən iddialar nə dərəcədə realdır? 

Mövzunu “KONKRET.az“a şərh edən politoloq Natiq Miri bildirib ki, ABŞ və Qərbin başının Ukrayna və Yaxın Şərqdəki müharibələrə qarışdığı bir vaxtda Çinin bütünləşmək üçün Tayvanı işğal etməsi və özünə birləşdirməsi mümkündür:

natiq

“Bu ehtimallar var. Ancaq Tayvanı müdafiə edəcək və Çinə qarşı dayanacaq qüvvələri də nəzərə almaq lazımdır. Çünki qarşı duran tərəflər nüvə silahına malikdir. Bu gün nüvə təhlükəsi Yaxın Şərqdə, Ukrayna-Rusiya münaqişəsində mövcuddur. NATO-nun kiçik təxribatlar konteksində bu müharibələrə qoşulmaq ehtimalını nəzərə alsaq, o zaman bunun Üçüncü Dünya Müharibəsinə gətirib çıxara biləcəyini söyləmək mümkündür. Əslində hazırda Üçüncü Dünya Müharibəsinin astanasındayıq. Bu müharibələr əhatə dairəsini genişləndirə və daha çox dövləti ağuşuna ala bilər. Ancaq müharibənin 2025-ci ildə başlayacağı və 2027-ci ilə qədər davam edəcəyi haqda səslənən fikirləri real hesab etmirəm. Nədənsə, müharibələrin bitməsi üçün potensial imkanların olduğu haqda heç kim danışmır. Çünki müharibənin şiddətlənməsi dünyadakı bəzi qüvvələrin marağına xidmət edir. Onlar silah satışından milyardlar qazanırlar”.

Ekspertin sözlərinə görə, bu gün İran və ABŞ arasında gizli sövdələşmənin olduğu haqda məlumatlar var:

“Necə olur ki, HƏMAS-dan qat-qat güclü olan Hizbullahı tamamilə başsız vəziyyətə gətirdilər? Görünən odur ki, ortada böyük oyunlar gedir. İnsanları total olaraq qorxutmaqla qlobal maliyyə şəbəkələri dünyanı idarə edir, silah alverçiləri isə böyük pullar qazanır. Bütün bunlar qlobal səviyyədə insanları daha rahat idarə etmək üçün qurulan oyunlar və səslənən fikirlərdir. Bu gün Qərb dünyasında siyasətçilər və hərbçilərin rahatlıqla alınıb-satıldığı heç kimə sirr deyil. Ona görə də, bu cür fikirlər səsləndirənlər sadəcə beynəlxalq oyunçuların maraqlarına xidmət göstərirlər”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Chosen
39
konkret.az

1Sources