EN

16 yaşı tamam olmamış qızla evləndi

Saatlı rayonunda yetkinlik yaşına çatmayan qızla evlənən gənc cinayət məsuliyyətinə cəlb edilib.

Publika.az "Qafqazinfo”ya istinadla xəbər verir ki, Nərimankənd sakini olan 2004-cü il təvəllüdlü Samir Şahbazova (ad-soyadlar şərtidir) Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb.

Bildirilib ki, bu ilin mayında Samir yetkinlik yaşına çatmayan Fərəhi Xırdalan şəhərindən evlənmək məqsədilə qaçıraraq yaşadığı kəndə gətirib. Hazırda onlar ər-arvad kimi birgə yaşayırlar və qız hamilədir.

S.Şahbazov Fərəhin 18 yaşı tamam olanda onunla rəsmi nikah bağlayacaqlarını bildirib. Zərərçəkmiş qız da faktiki həyat yoldaşından şikayətçi olmayıb.

Chosen
14
29
publika.az

10Sources