"Sosial ÅŸÉ™bÉ™kÉ™lÉ™rdÉ™ki neqativ fikirlÉ™rÉ™ qarşı É™ks tÉ™bliÄŸat aparılmalıdır" — Bu gün qızların günüdür..
Bu gün beynÉ™lxalq qız övladları günüdür. Qız övladlarına qarşı hÉ™lÉ™ dÉ™ cÉ™miyyÉ™tin müəyyÉ™n kÉ™simi arasında ayrı-seçkilik qalmaqdadır, bÉ™zi ailÉ™lÉ™rdÉ™ qızlara ögey münasibÉ™t sÉ™rgilÉ™nir. Qızlar tÉ™hsildÉ™n yayındırılır, erkÉ™n yaÅŸda ailÉ™ qurmaÄŸa mÉ™cbur edilirlÉ™r. HÉ™lÉ™ dÉ™ qızların sÉ™rbÉ™stliyini mÉ™hdudlaÅŸdıran, iÅŸlÉ™mÉ™yinÉ™, tÉ™hsil almasına mane olan ailÉ™lÉ™r, valideynlÉ™r var.Â
Təmir Dünya Qadınlara Yardım ictimai birliyinin sədri Mehriban Zeynalova Demokrat.az-a açıqlamasında qeyd edib ki, bu stereotiplərlə mübarizənin bir neçə yolu var:
"Bunlardan da ən təsirlisi mədəni fəaliyyətlərdir. Mədəniyyət vasitəsilə, mədəni, maarifləndirici tədbirlər keçirməklə bu stereotiplərlə mübarizə aparmaq olar. Bu, mədəniyyət mərkəzlərinin çoxaldılması, müxtəlif tamaşaların göstərilməsi, mədəni proqramların həyata keçirilməsi ola bilər".
M.Zeynalova deyib ki, ikinci istiqamət təhsildir. Təhsili stimullaşdırmaq və təhsil almaq imkanlarını əlçatan etmək lazımdır:
"Xüsusilə də qız uşaqlarını təhsilə cəlb etmək vacibdir. Bir çox ölkələrdə qız uşaqlarını təhsilə cəlb etmək üçün xüsusi proqramlar həyata keçirilir, xeyriyyəçilər bu işdə fəallıq göstərir və təhsili qızlar üçün əlçatan edirlər".
Sədr ailələrə sosial dəstəyin artırılmalı olduğunu bildirib:
"Bu, qız uşaqlarına qarşı məhdudiyyətləri, ayrı-seçkiliyi aradan qaldıra bilər. Çünki bir çox ailələrin iqtisadi durumu ürəkaçan deyil, bu da ailədəki qız uşaqlarına qarşı mənfi münasibətin formalaşmasına səbəb olur.
Dini sahədə fəaliyyət göstərən şəxslər ailələrə qızlarına təhsil verməyə çağırış edə bilər. Bizim dinimiz qızların təhsil almasını dəstəkləyir. Bu şəxslər cəmiyyətin sözügedən kəsimində təsir göstərə bilər".
Ekspertin fikrincÉ™, qızların tÉ™hlükÉ™sizliyi mÉ™sÉ™lÉ™si öndÉ™ gÉ™lir:Â
"Bununla bağlı vacib tədbirlərin görülməsinə ehtiyac var. Sosial şəbəkələrdə yayılan neqativ fikirlərə qarşı əks təbliğat aparılmalıdır, cəmiyyət qızların təhsil almasına dəstək verməlidir.
Düşünürəm ki, Azərbaycan xalqı təhsilə önəm verir, bu, hər zaman belə olub. Qızların təhsil almasını da əksəriyyət vacib hesab edir. Sadəcə bəzi neqativ hallar aradan qalxmalıdır ki, əvvəlki statusumuzu qaytara bilək. Azərbaycanda çox güclü qızlar var. Məhz onların vasitəsilə maarifləndirmə işləri aparılmalıdır".
Törə Zeynallı
Demokrat.az