EN

ABŞ-yə çağırış: İsraili dayandırın

İsrailin İranın neft obyektlərini hədəf almaması üçün Körfəz ölkələri ABŞ-yə çağırış edib.

KONKRET.az xəbər verir ki, ərəb mənbələri “Reuters”ə bildirib ki, Körfəz ölkələri gərginliyin artacağı təqdirdə İrana hücum üçün İsrailə hava məkanlarından keçməyə icazə verməyəcəklər.

Bildirilib ki, Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər İranın neft obyektlərinə hücum etməsindən ehtiyat etdikləri üçün Vaşinqtonu İsrailin İrana hücumunun qarşısını almağa inandırmağa çalışıblar.

Xatırladaq ki, rəsmi Təl-əviv İranın zərbələrinə cavab olaraq sonuncunun neft obyektlərinə zərbə endirməklə bağlı planı nəzərdən keçirdiklərini açıqlamışdı.

Natiq Səlim,
KONKRET.az

Chosen
24
konkret.az

1Sources