EN

IRENA COP29 çərçivəsində Mərkəzi Asiya üzrə yeni bir təşəbbüsə start verəcək - Baş direktor

Bakı. Trend:

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) COP29çərçivəsində Mərkəzi Asiya üzrə yeni bir təşəbbüsə startverəcək.

Bu barədə Trend-ə Beynəlxalqbərpa olunan enerji agentliyinin (IRENA) baş direktoru Françesko LaKamera Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkinKonfransında (Pre-COP29) bildirib.

Onun sözlərinə görə, bu təşəbbüsün işə salınması o deməkdir ki,IRENA Mərkəzi Asiya ölkələri və Azərbaycanla yeni sistemin enerjikoridoruna inteqrasiyası və əlaqələndirilməsi məsələlərindəəməkdaşlıq edir.

"Biz layihələrin maliyyələşdirilməsini təşviq etmək imkanlarınınəzərdən keçiririk. Bütün ölkələr qarşılıqlı əlaqəni yaxşılaşdırmaqüçün çalışacaqlar. Enerji şəbəkələrinin və digər sistemlərininteqrasiyasını daha da inkişaf etdirmək üçün planlar hazırlayırıq.Bunlar çox konkret addımlardır, çünki tərəfdaşlarımızla işimiziasanlaşdırmaq üçün layihələri təmsil edirlər", - IRENA-nın başdirektoru qeyd edib.

O əlavə edib ki, agentlik ilk dəfə olaraq COP29 çərçivəsindəinvestisiya forumu da təşkil edəcək.

Qeyd edək ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransından (UNFCCC) əvvəlki Konfrans,yəni Pre-COP29 baş tutub.

Pre-COP29 Bakıda "Ambisiyaları artırmaq və fəaliyyət göstərmək"devizi altında keçirilib.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrındaAzərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İkihəftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxınxarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cürrazılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilinmartında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Chosen
115
1
az.trend.az

2Sources