EN

COP-a qarşı antitəbliğata qoşulmuş media orqanlarına son mesaj verildi- bacarmazsınız...

Image

Mətləb Salahov: “COP29 ərəfəsində fəallaşan Qərb mediası hazırda Azərbaycanın nüfuz və etibarını zədələmək üçün çırpınır”

“Burada bəzi media qurumlarının Azərbaycanın imicini ləkələmək məqsədi daşıyan qarayaxma kampaniyasına toxunmaya bilmərəm. Bu cəhdlər əbəsdir və bizi iqlim dəyişmələrinin mənfi təsirləri ilə mübarizə aparmaq üçün nəcib missiyamızı həyata keçirməkdən çəkindirə bilməz”. Bu fikirləri Prezident İlham Əliyev COP öncəsi tədbirin iştirakçılarına müraciətində bildirib. 

Prezident burada bəzi media qurumlarının apardığı çirkin kampaniyaya da toxunub. Bu media qurumlarının bu ləkələyici kampaniyanı aparmaqda məqsədi nədən ibarətdi? Onlar nə kimi üsullarla işləyirlər?

“Rəsmi Bakıya beynəlxalq etimadın yüksək səviyyədə olması Qərb mediasını bərk narahat edir”

Ekspert-jurnalist Mətləb Salahov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, rəsmi Bakıya beynəlxalq etimadın yüksək səviyyədə olması Qərb mediasını bərk narahat edir. “Bu gün Azərbaycan bütün gücü ilə noyabrda keçiriləcək COP29 kimi mühüm beynəlxalq tədbirə hazırlaşır. Əlbəttə, bu olduqca önəmli bir tədbir olacaq. Ən öncə onu qeyd edək ki, alternativ enerji layihələri üçün aparıcı dünya ölkələrinin baş sındırdığı bir vaxtda Bakıda təşkil olunacaq COP29 tədbiri beynəlxalq icitmaiyyət üçün olduqca önəmli xarakter daşıyır. Azərbaycanın qlobal proseslərin ana xəttinə çevrilməsi, xüsusilə Bakının son bir neçə il ərzində sivilizasiyalararası dialoq üçün vacib məkan rolunu öz üzərinə götürməsi 44 günlük zəfər müharibəsindən sonra bizə qarşı açıq düşmənçilik yolunu seçənlərin “səbrini daşırıb”. 

Onsuz da 30 illik işğala son verib öz ərazi bütövlüyünü təmin etməsi regionda sözün əsl mənasında yırtıcı maraqları olan Qərb dairələrinin Azərbaycana olan təzyiqlərini daha da şiddətləndirib”. M.Salahovun sözlərinə görə, sözsüz ki, bu dairələr hazırkı təxribatlar üçün məhz informasiya “müharibəsini” seçiblər. O vurğuladı ki, 44 günlük müharibə vaxtı da Qərbdəkilər Azərbaycan əleyhinə informasiya təxribatı yürüdürdülər. “Həmin “demokratik” KİV-lərin Gəncəni bombalayıb körpə uşaqları öldürən Ermənistan rejimini malalamaq siyasətini qətiyyən unutmamışıq. Məhz həmin vaxt da Qərbin aparıcı media strukturları başları üzərinə bombalar tökülən dinc Azərbaycan sakinlərini deyil, erməni faşist rejimini dəstəkləyirdi. Hətta Qərb mediasında həyasızlıq o həddə çatmışdı ki, Azərbaycan Prezidenti ilə keçirdikləri görüş və müsahibələrdə belə bu təxribat üslublarını gizlətmirdilər. COP29 ərəfəsində fəallaşan Qərb mediasının təxribat qrupları hazırda Azərbaycanın nüfuz və etibarını zədələmək üçün çırpınır. Lakin Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, ölkəmizin imicini ləkələmək məqsədi daşıyan qarayaxma kampaniyası əbəsdir və bizi iqlim dəyişmələrinin mənfi təsirləri ilə mübarizə aparmaq üçün nəcib missiyamızı həyata keçirməkdən çəkindirə bilməz. Onların yuxusunu ərşə çəkən əsas məqam, heç şübhəsiz ki, ən müxtəlif mədəniyyət və siyasi sistemlərə sahib olan ölkələrin iqlim dəyişiklikləri kimi olduqca aktual bir məsələnin müzakirəsini Azərbaycana etibar etmələridir. Rəsmi Bakıya beynəlxalq etimadın yüksək səviyyədə olması Qərb mediasını ona görə bərk narahat edir ki, ABŞ, Fransa və Avropa İttifaqının həyasızcasına müdafiə etdiyi, yüz milyonlarla dollar “yardım” və silah-sursatla təmin etdiyi Ermənistan Qafqazda Azərbaycanın kölgəsində qalan etimadsız marionet ölkə kimi tanınır. Azərbaycanın, tam əksinə olaraq, müstəqil siyasət yürüdən, mövqeyi ilə hesablaşılan ölkə imici Qərbdəkilərin yuxusunu ərşə çəkib” - deyə M.Salahov bildirdi.

İradə SARIYEVA





Chosen
11
baki-xeber.com

1Sources