EN

BMT dünyaya çağırış etdi: “Böyük bir faciənin…”

BMT-nin baş katibi Antonio Quterreş Livanda genişmiqyaslı münaqişənin baş verməməsi üçün mümkün olan hər şeyi etməyə çağırıb.

Medianews.az xəbər verir ki, o, bu barədə Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) illik sammiti çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

“Livanda gördüklərimiz, açıq şəkildə Hizbullah tərəfindən də kütləvi bombardmanlarla genişmiqyaslı əməliyyatdır… Biz çox böyük bir faciənin şahidi oluruq. Biz Livanda genişmiqyaslı müharibədən qaçmaq üçün hər şeyi etməliyik”, – deyə BMT-nin baş katibi bildirib.

Quterreşin sözlərinə görə, Livanda münaqişə nəticəsində həlak olanların sayı 2000-ə yaxındır, 170 minə yaxın insan Suriyaya qaçıb, köçkünlərin ümumi sayı isə 1 milyonu keçib.

O, həmçinin İsrailin BMT sülhməramlılarına və yaralananlarla nəticələnən hücumlarını pisləyib

Ayşən

Chosen
53
46
medianews.az

10Sources