"Azərdəri" şirkəti barəsində inzibati iş başlanıb.
Valyuta.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 233.1-ci (Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması) maddəsi ilə ittiham edilir.
İş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.
233.1-ci maddəyə görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
Hüseyn