EN

HHQ-nin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra edib

HHQ-nin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş təyyarələri hazırlıq planına uyğun olaraq, təlim-məşq uçuşlarını icra edib.

Aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə yerinə yetirilib. Hərbi pilotlar tərəfindən qalxma və enmə, kiçik, eləcə də orta hündürlükdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra olunub.

Hərbi qulluqçuların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlər zamanı hərbi pilotlar yüksək peşəkarlıq nümayiş etdiriblər.

Chosen
59
49
operativmedia.az

10Sources