EN

Millətlər Liqası: Azərbaycan millisi Estoniyaya da uduzdu

Azərbaycan yığması UEFA Millətlər Liqasında səfərdə Estoniya millisinə məğlub olub.

 C Liqasının I qrupundakı qarşılaşmada yığmamız 1:3 hesabı ilə uduzub.

Tallində gerçəkləşən matçda hesabı meydan sahiblərindən 32-ci dəqiqədə İoan Yakovlev açıb. 45+ 1-ci dəqiqədə yığmamız hesaba tarazlıq gətirib. Toral Bayramov penalti zərbəsini dəqiq yerinə yetirib. Bununla belə, Estoniya fasiləyə üstün yollanmağı bacarıb. 45+2-ci dəqiqədə Vlasi Sinyavski Mehdi Cənnətovun qoruduğu qapıya yol tapıb. Qarşılaşmada yekun hesabı 71-ci dəqiqədə fərqlənən Rokko Robert Şeyn təyin edib.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi yığma Millətlər Liqasında növbəti oyununu oktyabrın 14-də Slovakiyaya qarşı keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 20:00-da start götürəcək.

Millətlər Liqası

C Liqası

I qrup, III tur

11  oktyabr

Estoniya - Azərbaycan 3:1

Qollar: İoan Yakovlev, 31. Vlasi Sinyavski, 45+2. Rokko Robert Şeyn, 71 - Toral Bayramov, 45+1-pen.

Estoniya: 12. Karl Yakob Heyn, 3. Mihael Şyonninq-Larsen, 4. Mattias Kayt, 5. Rokko Robert Şeyn, 8. Henri Anyer, 11. Mihkel Aynsalu, 13. Maksim Paskotsi, 15. İoan Yakovlev, 16. Yoonas Tamm, 18. Karol Mets (k), 23. Vlasi Sinyavski.

Ehtiyat oyunçular: 1. Matvey İqonen (q), 22. Karl Andre Vallner (q), 2. Marten Kuusk, 6. Rasmus Peetson, 7. Robi Saarma, 9. Erik Sorqa, 10. Sergey Zenyov, 14. Patrik Kristal, 17. Martin Miller, 19. Maykl Lilander, 20. Markus Poom, 21. Martin Vetkal.

Baş məşqçi: Yurgen Henn.

Azərbaycan: 1. Mehdi Cənnətov, 3. Elvin Cəfərquliyev, 5. Anton Krivotsyuk, 7. Coşqun Diniyev, 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 13. Rahil Məmmədov, 15. Bədavi Hüseynov, 17. Toral Bayramov, 20. Aleksey İsaev, 22. Abbas Hüseynov (k).

Ehtiyat oyunçular: 12. Aydın Bayramov (q), 23. Rza Cəfərov, 2. Şəhriyar Əliyev, 4. Zamiq Əliyev, 6. Ozan Kökcü, 8. Emin Mahmudov, 10. Mahir Emreli, 14. Rüstam Əhmədzadə, 16. Vadim Abdullayev, 18. Ceyhun Nuriyev, 19, Xəyal Nəcəfov, 21. Qismət Əliyev.

Baş məşqçi: Fernando Santuş.

Baş hakim: Robert Harvi (İrlandiya).

Tallin, "A.Le Koq Arena”.

Chosen
2
8
azpolitika.info

10Sources