EN

Bakının sahibsiz qalan küçəsi: Qurumlar məsələyə reaksiya vermirlər?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Budəfəki buraxılışda paytaxtın Ağa Nemətulla küçəsində sürücülərin yol hərəkəti qaydalarını kobud şəkildə pozması haqqında məlumat verilib.
Belə ki, bu kəsişmədə sürücülər heç bir yol nişanının tələbinə riayət etmirlər. Kəsişməyə kim necə istədi, daxil olur.
Qeyd edilib ki, Ağa Nemətulla küçəsinə sağdan daxil olmaq istəyənlər üçün "Yol ver" nişanı var. Onun da qarşısını avtobuslar kəsir.
Əlavə edilib ki, adıçəkilən küçə ilə düzünə hərəkət etmək istəyən sürücülər üçün də "Geriyə dönmə qadağandır" nişanı var, lakin sürücülər geridönməni həyata keçirirlər.
Nəticə etibarı ilə, yaranan xaotik vəziyyət əlavə stres yaradır. Yaxşı olar ki, bu kəsişmə işıqforla tənzimlənsin.
Ətraflı videoda:
Chosen
19
3
oxu.az

5Sources