EN

İnanılmaz eksperiment: İki nəfər yuxuya bir-biri ilə əlaqə saxladı

Alimlər ilk dəfə olaraq yuxu zamanı insanlar arasında ikitərəfli əlaqə qura biliblər. Bu barədə Daily Mail REMspace şirkətinə istinadən yazıb.

Nəşrin məlumatına görə, alimlər xüsusi avadanlıqdan istifadə edərək evin müxtəlif yerlərində yatan iki nəfərin şüurunu əlaqələndirə biliblər və onlar bir-biri ilə "mesaj" mübadiləsi aparıblar.

REMspace-in CEO-su və qurucusu Maykl Raduqa deyib ki, əvvəllər yuxulardakı ünsiyyət elmi fantastika kimi görünsə də, sabah bu adi hala çevrilə bilər. Təcrübədə iştirak edənlərin beyin dalğaları məlumatları uzaqdan serverə ötürən cihaz vasitəsilə izlənilib. Subyektlərdən biri yuxuya gedən kimi server təsadüfi bir söz yaradıb və onu qulaqlıq vasitəsilə tədqiqat iştirakçısına ötürüb. Eksperimentin ikinci iştirakçısı oyananda sözü təkrar edə bilib.

Tural

Chosen
55
news365.az

1Sources