EN

Bu gün Azərbaycan kubokunun oyunları başlayır – TƏQVİM

Bu gün futbol üzrə Azərbaycan kubokunda 2024/25 mövsümü start götürəcək. 

KONKRET.az xəbər verir ki, ilk oyun günündə 1-ci təsnifat mərhələsinin 2 matçı keçiriləcək. Hər iki oyunda 2-ci liqa təmsilçiləri üz-üzə gələcəklər.

“Şahdağ Qusar” “Kür-Araz”la qarşılaşacaq. “Şəfa” isə “Saatlı-Araz”la görüşəcək.

Digər oyunlar sonrakı günlərdə keçirləcək.

12 oktyabr 

14:00. “Şahdağ Qusar” – “Kür-Araz”

16:30. “Şəfa” – “Saatlı-Araz”

13 oktyabr 

14:00. “Şimal” – “Qusar”

14:00. “Lerik” – “Ağdaş”

14:00. “Şəki Siti” – “Şəmkir”

15:00. “Göygöl” – “Hapers-Quba”

14 oktyabr 

13:30. “Dinamo” – “Füzuli”

Chosen
2
4
konkret.az

10Sources