EN

Tramp ABŞ vətəndaşlarını öldürən miqrantlara ölüm cəzası istəyir


Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp hesab edir ki, miqrantlar Amerika vətəndaşlarını öldürdükləri üçün ölüm cəzasına məhkum edilməlidir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, cümə günü Nevada ştatının Rino şəhərində tərəfdarları qarşısında çıxış edərkən deyib.
“Əcnəbilərdən ibarət qrupların bütün üzvlərini toplayacağıq və onları ya həbs edəcəyik və ya ölkəmizdən qovacağıq ki, bir nəfər də qalmasın. Biz bu əməliyyatı “Avrora” adlandıracağıq... Əgər onlar ABŞ-yə geri qayıtsalar, avtomatik olaraq 10 il həbs cəzası alacaqlar və mən Amerika vətəndaşını və ya hüquq-mühafizə orqanının əməkdaşını öldürən hər hansı bir miqrant üçün ölüm cəzasını dəstəkləyirəm”, - Tramp bildirib.
Mitinqi RSBN media şirkəti canlı yayımlayıb.
Qeyd edək ki, bundan əvvəl Tramp ABŞ-nin qeyri-qanuni miqrantlardan olan cinayətkarlar tərəfindən işğal edildiyini bildirmişdi. Həmçinin, ən yüksək hökumət postuna iddiaçı söz vermişdi ki, noyabrın 5-də keçiriləcək seçkidə qalib gəlsə, bu gün Amerikanın qurtuluş günü olacaq.
Chosen
72
7
yeniavaz.com

10Sources