Çin alimlərinin Marsın atmosferi ilə doldurula bilən və Marsın sərt şərtlərinə tab gətirə bilən batareya hazırladıqları bildirilir.
"Cebheinfo.az" "South China Morning Post" qəzetinə istinadən xəbər verir ki, Çin Elm və Texnologiya Universitetinin tədqiqatçıları hazırlanmış batareyanın 1350 saatdan çox (iki Mars ayı) işləyə biləcəyini açıqlayıblar.
Marsda atmosfer tərəfindən doldurula bilən və sərt şərtlərə davamlı olduğu qeyd edilən batareya, sıfırdan 60 dərəcəyə qədər olan şəraitdə gecə-gündüz işlək qala bilir.
Yeni hazırlanmış batareya adi batareyalar kimi enerji saxlamasa da, kimyəvi maddələrlə davamlı reaksiya verərək elektrik enerjisi istehsal edə bilir, günəş və nüvə enerji mənbələri ilə də doldurula bilir.
Çin Elm və Texnologiya Universitetinin tədqiqatçısı Xiao Xu, batareyanın işləmə üsulu ilə bağlı verdiyi açıqlamada, batareyanın Mars atmosferindəki karbon qazı, oksigen və karbon monoksitdən "enerji" olaraq istifadə edə biləcəyini söyləyib.
Bu batareyaların peyk atma xərclərini azaldacağına işarə edən Xiao, bunun kosmos missiyaları üçün faydalı olacağını söyləyib.