EN

Paşinyandan SON DƏQİQƏ Zəngəzur AÇIQLAMASI

“Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) nümayəndələrinə yalnız Sünikdə yola nəzarət funksiyası verilə bilər”.

Hurriyyet.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Dünyanın kəsişməsi: təhlükəsizlik və demokratiyanın birləşməsi” adlı konfransda çıxışı zamanı deyib.

O, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndindən sitat gətirib:

“Nəqliyyat rabitəsinə nəzarəti Rusiya FTX-nin Sərhəd Xidməti həyata keçirir”.

“Bu təklif bu yaxınlarda müəyyən dairədə səsləndi və mən soruşdum ki, bu nə deməkdir, Rusiya Federasiyası prezidentinin 10 dekabr 2020-ci il tarixli fərmanını kim izah edə bilər? Bu o deməkdir ki, Rusiya Federasiyasının nümayəndələrinə Ermənistanın öz öhdəliyini necə yerinə yetirdiyini izləmək üçün hansısa monitorinq funksiyası verilə bilər”, - Paşinyan qeyd edib.

Musavat.com

Chosen
31
11
hurriyyet.az

10Sources