EN

Şuşada bu günə qədər 20-yə yaxın abidələrimiz tam olaraq bərpa olub - Aydın Kərimov

Şuça. Trend:

"Şuşa –2024-cü il İslam dünyasının mədəniyyət paytaxtı" iliçərçivəsində bugündən etibarən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinintəşkilatçılığı, İCESCO-nun dəstəyi ilə Şuşa şəhərində “Şuşaşəhərinin islam memarlıq irsi“ adlı simpozium öz işinəbaşlayıb.

Trend-in Qarabağ bürosununməlumatına görə, bu sözləri Şuşa şəhərində Azərbaycan RespublikasıPrezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov bildirib.

“Şuşada bu günə qədər 20-yə yaxın abidələrimiz tam olaraq bərpaolub və şəhər sakinlərinin də qonaqlarında üzlərinə açılıbdır.Daşaltı kəndinin ərazisində yeni tiklən məscidin tikintisi deməkolar ki, başa çatmaqdadır.Daşaltı kəndi bildiyiniz kimi tam yenidənolaraq bir turuuzm məkanı kimi qurulur orada özəl investorlartərəfindən artıq təxminən 8 hektarlıq ərazidə layihənin icrasınabaşlanılıbdır.

Prezidentin xüsusi nümayəndəsi Turşsu qəsəbəsində görülənişlərdən də söz açdı və qəsəbəyə keçmiş məcburi köçünlərinqaytarılacağı vaxtı da açıqladı.

“Turşsu qəsəbəsində də işlər davam etdirilir orada hal-hazırdakəndin tam yeni layihəsinə konsepsiyasına uyğun olaraq ilk 50 evininşası gedir və əsas kənd infrastrukturu tam olaraq yenidən olaraqbərpa olunur və tikilməkdədir.Orada da həm turist məkanları olacaqçünki onun yerləşməsi çox gözəl məkandadır və düşünürük ki, gələnildən artıq ora biz əhalinin keçmiş məcburi köçkünlərin qayıtmasınıtəmin etməyə başlayacağıq", A. Kərimov əlavə edib.

Qeyd edək ki, Simpoziumun növbəti günləri panel müzakirələri ilədavam edəcək. Panel sessiyalarda: “Tarixi şəhər toxumasınınregenerasiyası”, “Abidələrin müasir həyatı”, “Dayanıqlı memarlıq,material, layihə , icra” mövzularında müzakirələr aparılacaq.

Məqalədə:
Chosen
18
3
az.trend.az

4Sources