EN

Milli futbolçu sıradan çıxdı

İngiltərə millisinin cinah oyunçusu Bukayo Saka zədələnib.

O, Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunun Yunanıstanla matçında (1:2) sıradan çıxıb. “Arsenal”ın 23 yaşlı hücumçusu tibbi müayinədən keçmək üçün London klubuna qayıdıb. İngiltərə yığmasının sosial şəbəkə hesablarındakı məlumata görə, Saka artıq komandanın heyətindən çıxarılıb. O, 4-cü turun Finlandiya ilə matçını buraxacaq.

Bukayo həmçinin zədə səbəbindən İngiltərə premyer-liqasında “Arsenal”ın “Bornmut”la oyununda da iştirak edə bilməyəcək.

Chosen
15
football-plus.az

1Sources