Uzun müddətdir davam edən "Simpsonlar" cizgi filmi gələcək hadisələri proqnozlaşdırması ilə tanınır. Dünyada baş verən müharibələr, təbii fəlakətlər, xəstəliklər, hətta ölkələri kimlərin idarə edəcəyi də filmdə yer alıb.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, 36-cı mövsümündə olan "Simpsonlar" 1989-cu ildə yayıma başlayıb.
Matt Groening tərəfindən çəkilən cizgi film-serial eyniadlı ailədən və onların Amerika qəsəbəsindəki gündəlik həyatından bəhs edir.
Lakin icraçı prodüser və şoumen Matt Selman israr edir ki, ehtimal olunan hekayələri tapmağın sirri göründüyü qədər təəccüblü deyil:
“Əgər çoxlu hekayətlər danışsanız, bəziləri reallıqla uyğunlaşacaq, bu, riyaziyyatın bir hissəsidir. Bəşəriyyətin keçmişdə yaşadıqlarını araşdıraraq serial çəksəniz, bəşəriyyətin gələcəkdə üzləşəcəklərini təxmin edərsiniz. Mənim həmişə verdiyim cavab budur: əgər siz tarixi və riyaziyyatı yaxşı bilsəniz, müəyyən şeyləri təxmin etməyiniz mümkünsüz olmayacaq”.