EN

Dünya çempionatında medal qazanmış Azərbaycan atıcıları təltif ediliblər

Bakı. Trend:

Azərbaycan Atıcılıq Federasiyasının (AAF) Perunun Lima şəhərindəkeçirilmiş gənclər arasında dünya çempionatında yüksək nəticəgöstərən idmançıları təltif olunublar.

Qurumdan Trend-ə verilən məlumata görə, AAF-ninvitse-prezidentləri Zemfira Meftahətdinova və Tofiq Bəylərov medalqazanan idmançıları, habelə onların inkişafında və hazırlığındaböyük rol oynayan şəxsi məşqçilərini xüsusi mükafatlarla təltifediblər.

Mükafatlandırma mərasimində idmançıların əldə etdiyinailiyyətlərin ölkənin atıcılıq idmanının inkişafına verdiyitöhfələr vurğulanıb, onların gələcəkdə daha böyük uğurlara imzaatacaqlarına inam ifadə olunub.

Z.Meftahətdinova bu cür nailiyyətlərin Azərbaycan atıcılıqidmanının beynəlxalq arenada mövqeyini daha da gücləndirdiyini vəidmançılarımızın bu sahədə daha böyük qələbələrə doğruirəliləməsinə şərait yaratdığını diqqətə çatdırıb.

Xatırladaq ki, Azərbaycan atıcıları mundialı 3 medalla başavurublar. 50 metr məsafəyə atəş açmada oğlanlar arasında İmranQarayev 552 xalla Rumıniya təmsilçisini geridə qoyaraq dünyaçempionu olub. Sofiya Barxalova (535 xal) isə qızlar arasındabürünc mükafata yiyələnib.

Komandalar arasında keçirilmiş yarışda isə Zeynəb Sultanova,Leyli Əliyeva və Sofiya Barxalovadan ibarət kollektiv 10 metrməsafəyə pnevmatik tapançadan atəşdə yalnız Hindistan komandasındangeri qalaraq gümüş medala layiq görülüb.

Chosen
10
2
az.trend.az

3Sources