EN

İran təyyarələrində QADAĞA

İranda mobil telefonlar istisna olmaqla, təyyarənin göyərtəsində istənilən rabitə vasitələrinin gətirilməsi qadağan edilib.

Azreform.info xəbər verir ki, bunu ölkənin Mülki Aviasiya Təşkilatının rəsmi nümayəndəsi Cəfər Yazırlu bildirib.

Onun sözlərinə görə, elektron rabitə vasitələrinin həm əl yükündə, həm də yoxlanılmış baqajda aparılması qadağandır.

Yazırlu qeyd edib ki, sərnişinlər uçuşların təhlükəsizliyini təmin etmək üçün təyyarənin göyərtəsində peycer, səsgücləndirici və bu kimi elektron rabitə vasitələrini gətirməkdən çəkinməlidirlər.

Xatırladaq ki, sentyabrın 17-də və 18-də Livanın müxtəlif ərazilərində rabitə vasitələri partladılıb. Rəsmi məlumatlara görə, 37 nəfər həlak olub, 3 mindən çox insan yaralanıb. “Hizbullah” və Livan səlahiyyətliləri baş verən hadisədə İsraili ittiham edib.(Report)

Chosen
42
10
azreform.info

10Sources