EN

Azərbaycan kuboku: Növbəti mərhələyə yüksələn daha 4 komanda məlum olur

Bu gün Azərbaycan Kubokunda 1-ci mərhələnin daha 4 oyunu keçiriləcək. Msport.az xəbər verir ki, “Şimal” “Qusar”ı, “Lerik” “Ağdaş”ı, “Şəki Siti” “Şəmkir”i, “Göygöl” isə “Hypers Quba”nı qəbul edəcək.

Qeyd edək ki, dünənki görüşlərdən sonra  “Şahdağ Qusar” və “Şəfa” növbəti mərhələyə vəsiqə qazanıblar. İlk mərhələyə sabah yekun vurulacaq.

Azərbaycan Kuboku
1-ci təsnifat mərhələsi

13 oktyabr

“Şimal” – “Qusar”
Hakimlər: Səbuhi Bayramov, Sənan Atayev, Samir Qaracayev, Emin Abdullayev.
Siyəzən şəhər stadionu. 14:00.

“Lerik” – “Ağdaş”
Hakimlər: Murad Səlimov, Orxan İbişov, Zakir Şükürzadə, Sənan Bayramzadə.
Lənkəran Olimpiya İdman Kompleksinin stadionu. 14:00.

“Şəki Siti” – “Şəmkir”
Hakimlər: Vüqar Həsənli, Anar Bədəlov, Aydın Bəxşiyev, Niyaz Əhmədov.
Şəki şəhər stadionu. 14:00.

“Göygöl” – “Hypers Quba”
Hakimlər: Elvin Bayramov, Vüqar Bayramov, Asif Abdullayev, Nazim Süleymanov.
Göygöl Olimpiya İdman Kompleksinin stadionu. 15:00.

Chosen
7
2
msport.az

6Sources