EN

Bakıda avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək

Bakıda

2024-cü ilin oktyabrın 19-u gün ərzində və 19-dan 20-sinə keçən gecə COP29 tədbirinə hazırlıq məqsədi ilə Bakı şəhərinin bir sıra küçə və prospektlərində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər keçiriləcək.

Reyting.az
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin birgə məlumatında bildirilib.

Məlumata görə, monitorinqlə əlaqədar bir sıra küçələrdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.

Məlumatda hərəkət iştirakçılarından xahiş edilir ki, monitorinq müddətində həmin istiqamətlər üzrə hərəkətdə tətbiq olunacaq məhdudiyyətləri nəzərə alsınlar.

Hərəkətin təşkilinin DYP əməkdaşları tərəfindən tənzimlənəcəyi və daha ətraflı məlumatın yaxın zamanda veriləcəyi bildirilir.
Chosen
51
48
reyting.az

10Sources