EN

Allahşükür Paşazadə Özbəkistana gedəcək

Qafqaz MüsÉ™lmanları Ä°darÉ™sinin sÉ™dri Åžeyxülislam Allahşükür PaÅŸazadÉ™ oktyabrın 14-dÉ™ ÖzbÉ™kistan Respublikasına sÉ™fÉ™r edÉ™cÉ™k vÉ™ ÖzbÉ™kistan Prezidenti Åžavkat Mirziyoyevin təşəbbüsü vÉ™ himayÉ™si ilÉ™ keçirilÉ™n “Ä°slam - sülh vÉ™ xeyirxahlıq dinidir” mövzusunda BeynÉ™lxalq Elmi-praktiki Konfransda iÅŸtirak edÉ™cÉ™kdir.
 
İdarədən Moderator.az-a verilən məlumata görə, 15 oktyabrda Daşkənddə baş tutacaq tədbirin keçirilməsi ideyasını Özbəkistanın dövlət başçısı ötən il BMT Baş Assambleyasının 78-ci sessiyasında etdiyi çıxışı zamanı bəyan edib.
 
QMİ sədri Şeyxülislam A.Paşazadə Beynəlxalq Konfransın açılış mərasimində çıxış edəcək. Plenar və 3 bölmə iclası ilə işini davam etdirəcək beynəlxalq forum İslam sivilizasiyasına tarixən töhfələr vermiş Özbəkistanın müasir dövrdə bu şərəfli, ənənəvi missiyasını davam etdirmək əzminin daha bir təzahürüdür.
 
Şeyxülislam Allahşükür Paşazadənin qardaş ölkəyə səfər çərçivəsində yüksək səviyyəli görüşlərdə iştirak edəcəyi nəzərdə tutulur.
Chosen
40
26
moderator.az

10Sources