EN

Ronaldu ilkə imza atdı

Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunun Polşa ilə oyununda (1:3) iştirak edən Portuqaliya millisinin 39 yaşlı hücumçusu Kriştianu Ronaldu milli komanda üçün rəsmi oyunlarda 100 qələbə qazanan ilk futbolçu olub.

Medianews.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) “Stats Foot” məlumat yayıb.

Matçda Ronaldu 37-ci dəqiqədə qol vurub. 63-cü dəqiqədə isə əvəzlənib.

Qeyd edək ki, Kriş 2003-cü ildən Portuqaliya millisində oynayır. Bu müddət ərzində o, bütün turnirlərdə 212 matçda iştirak edib, 132 qol vurub, 45 məhsuldar ötürmə edib.

Millətlər Liqasının qrup mərhələsinin üç turundan sonra Portuqaliya doqquz xal toplayıb və A Liqasının ilk kvartetində birinci yerdədir.

Chosen
143
3
medianews.az

10Sources