EN

Yamalın son durumu bəlli oldu

İspaniya millisinin yarımmüdafiəçisi Lamin Yamalın zədəsi ciddi deyil.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O 17 yaşlı futbolçunun ciddi zədədən yayındığını və indi özünü dünənki matçla müqayisədə daha yaxşı hiss etdiyini qeyd edib.

Xatırladaq ki, Yamal Millətlər Liqasında Danimarka ilə oyunda (1:0) zədələnmişdi. Gənc istedad matçın əsas vaxta əlavə olunmuş üçüncü dəqiqəsində əvəzlənib.

Chosen
83
90deqiqe.az

1Sources