EN

Ukraynada 20 min kişi hərbi xidmətdən yayınmaq üçün ölkədən qaçıb

Ukraynada

Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan sonra 18-60 yaş arası ukraynalı kişilərin ölkədən çıxışı qadağan edilib. Lakin araşdırmalar nəticəsində məlum olub ki, 20 min ukraynalı hərbi xidmətdən yayınmaq üçün ölkədən qaçıb.

Reyting.az
xəbər verir ki, araşdırmaya görə, 2022-ci ilin fevralından 2023-cü ilin avqustuna qədər ölkəni tərk edən ukraynalı kişilər qeyri-qanuni yollarla qonşu ölkələrə keçiblər.

Kiyev rəhbərliyi qaçmağa cəhd edən 21 min 113 kişinin tutulduğunu təsdiqləsə də, 14 min 313 nəfərin sərhədi keçərək,6 min 800 nəfərin isə saxta sənədlərlə qaçmağa cəhd etdiyini bildirib.

Ukraynanın Moldova ilə 1200 kilometrlik sərhədi Ukraynadan qaçmağa çalışan kişilərin ən çox istifadə etdiyi marşrutlardan biridir. 11 min ukraynalı Moldovaya qanunsuz keçib. Moldovaya çatmağa çalışanların bəziləri sərhədi piyada keçməyə, bəziləri isə çayda üzərək adlamağa çalışıb. Məlumata görə, sərhədi keçməyə cəhd edənlər həmişə qonşu ölkəyə çata bilməyiblər. Rumıniyaya keçməyə cəhd edənlər arasında həyatını itirənlərin olduğu müəyyən edilib.

Digər tərəfdən, Ukraynadan sərhədi keçmək istəyənlərin əksəriyyəti saxta sənədlər də düzəldiblər.

ELÇİN
Chosen
439
50
Sources
Comment ()
Close