EN

FİA-da dəyişikliklər: Yeni təyinatlar gələcəyə ümid vəd edir

F-1.az xəbər verir ki, ispaniyalı Villyareal öz vəzifəsində birbaşa FİA prezidentinə və Senat sədrinin tabeçiliyində olacaq. Onun əsas vəzifələri əməliyyat və maliyyə fəaliyyətinə nəzarət, FİA administrasiyasına rəhbərlik, strateji məqsədlərlə işləmək və qərarların qəbulunda federasiya üzvlərinin maraqlarına üstünlük verməkdir.

İtaliyalı Alessandra Malhome isə insan resursları və əməkdaşların iş strategiyasına cavabdehlik daşıyacaq.

Muhəmməd Ben Sulayem, FİA prezidenti: “Alberto və Alessandranı komandamızda salamlamaqdan məmnunam. Əminəm ki, Albertonun çoxillik təcrübəsi maliyyə göstəricilərimizin davamlı inkişafını təmin edəcək, menecment işini daha səmərəli edəcək və üzvlərimizə fayda gətirəcək.

Alessandra federasiyaya insan resurslarının idarə edilməsi sahəsində zəngin təcrübə gətirib. Əminəm ki, o, FİA-nın ən qiymətli aktivinin – insanlarımızın inkişafını təmin edəcək”.

Chosen
112
f-1.az

1Sources