EN

Keniyalı atlet marafonda dünya rekordu vurub

Keniyalı yüngül atlet Rut Çepngetiç Çikaqo Marafonunun qalibi olub və yeni dünya rekorduna imza atıb.

“İki sahil” xəbər verir ki, idmançı məsafəni 2 saat 9 dəqiqə 57 saniyəyə qət edib. Əvvəlki rekord Efiopiya təmsilçisi Tiqist Assefeyə məxsus idi (2 saat 11 dəqiqə 52 saniyə), o, bu rekorda 2023-cü ildə Berlin Marafonunda imza atmışdı. Çikaqo Marafonunda ikinci yeri efiopiyalı Sutume Kebede (7 dəqiqə 36 saniyə geridə), üçüncü yeri isə keniyalı İrin Çeptai (+7.56) tutub.

Chosen
38
4
ikisahil.az

8Sources