EN

Azercell yaşıl baza stansiyalarının sayını artırır

Bakı. Trend:

Lider mobil operator işğaldan azad edilmişərazilərdə günəş enerjisi ilə işləyən yeni bazastansiyalarını istifadəyə verir

İnnovasiyalarla yanaşı, davamlı və dayanıqlı inkişafasadiqliyini bir daha vurğulayan Azercell ölkə üzrə ekoloji cəhətdəntəmiz texnologiyalar tətbiq etməyə davam edir. Ətraf mühitinqorunmasını diqqət mərkəzində saxlayan lider mobil operatorQarabağda “yaşıl” baza stansiyalarının sayını 35-ə çatdırır.

Beləliklə, Azercell azad edilmiş ərazilərdə “yaşıl” bazastansiyalarını Qubadlı, Cəbrayıl, Zəngilan, Füzuli, Ağdam Laçın vəKəlbəcərdə istifadəyə verib. Eyni zamanda, şirkətin günəşenerjisilə işləyən baza stansiyaları Tovuz və Qobustanda dafəaliyyət göstərir.

Ekoloji baxımdan daha “yaşıl” olan bu baza stansiyalarınınenerji tələbatının 60%-i bərpa olunan enerji hesabına qarşılanır.Bu da öz növbəsində insan fəaliyyətinin ətraf mühitə neqativtəsirinin azaldılmasında mühüm rol oynayır, karbon emissiyasının vəenerji sərfiyyatının minimallaşdırılmasını təmin edir.

Qeyd edək ki, “yaşıl” texnologiyaların ölkə üzrə tətbiq edilməsiAzercell-in ətraf mühit, sosial və idarəetmə (ESG) prinsipləriçərçivəsində həyata keçirdiyi silsilə tədbirlərin bir hissəsidir.Sosial məsuliyyətli korporativ vətəndaş kimi şirkət ölkəmizdə dahadayanıqlı, sağlam və yaşıl gələcəyin təmin edilməsinə yönəliktəşəbbüslərini davam etdirəcək.

Chosen
23
22
az.trend.az

10Sources