EN

Qahirədə Qəzzada saxlanılan girovların azad edilməsi ilə bağlı gizli görüş olub

İsrailin baş təhlükəsizlik xidmətinin rəhbəri Ronen Bar gizli şəkildə Qahirəyə səfər edib.

Oxu.Az xəbər verir ki, "Walla" nəşri bu barədə diplomatik mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, İsrail rəsmisi Misir kəşfiyyatının rəhbəri Abbas Kamel ilə görüşüb.

Görüşdə Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı danışıqların bərpası məsələsi qaldırılıb.

Mənbə: oxu.az

Chosen
8
2
oxu.az

3Sources