İspaniya yığmasının hücumçusu Alvaro Morata zədəli komanda yoldaşları - Daniel Karvaxal və Rodri ilə bağlı fikirlərini bölüşüb.

Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, forvard bunları söyləyib:

"Onlar milli komandanın əsas oyunçularıdır. Dani Karvaxalı görəndə ürəyim ağrıdı. Onların hər ikisinin bizə baş çəkməsi sevindirici idi. Ümidvaram ki, onlar sağalacaqlar, çünki onlara ehtiyacımız var"

Qeyd edək ki, əməliyyatdan bir müddət sonra Karvaxal və Rodri İspaniya millisinin düşərgəsinə baş çəkiblər.