EN

“Taliban” fermerlərə tiryək əvəzinə buğda və qarğıdalı toxumu paylayıb

Yazını böyüt
Yazını kiçilt

“Taliban” tiryək becərməsini qadağan etdikdən sonra onlar ölkə üzrə fermerlərə 100 min ton buğda və qarğıdalı toxumu, eləcə də 200 min ton kimyəvi gübrə paylayıb.

Hafta.az-ın yazdığına görə, bu barədə Əfqanıstanın Kənd Təsərrüfatı, Suvarma və Heyvandarlıq Nazirliyi məlumat yayıb.

“Fermerlərə dəstək məqsədilə milli və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində respublikanın hər yerinə toxum və gübrələr paylanılıb”, - deyə nazirliyin sözçüsü Misbahuddin Mustain bildirib.

Onun sözlərinə görə, bu ilin sonuna qədər fermerlər daha 53 min ton toxum alacaqlar. Bu gün qarğıdalı və buğda becərilməsi fermerlərə xaşxaş əkini qədər gəlir gətirmir. Ona görə də Kənd Təsərrüfatı Nazirliyindən xahiş edirlər ki, tiryək taxıldan daha gəlirli məhsulla əvəz edilsin.

“Taliban” 2023-cü ildə Helmənd bölgəsində tiryək əvəzinə əkmək üçün alternativ variant kimi xurma ağacını qeyd edib. İlk məhsul 19 aydan sonra yığıla bilər və xurma ağacı buğdadan daha az su sərf edir. Helməndin quru iqliminin bunun üçün əlverişli olduğu qeyd edilir. “Taliban” daha sonra yeni məhsul üçün 100 hektar ərazinin ayrılacağını bildirib.

Chosen
23
hafta.az

1Sources